sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Moldovada çoxmillətli hərbi təlimlər keçiriləcək
Moldova, Rumıniya və ABŞ hərbçiləri Moldovadakı poliqonlarda birgə “Scutul de foc-2024” (“Atəş qalxanı-2024”) təlimləri keçirəcək.
“Report” xəbər verir ki, bu barədə Moldovanın Müdafiə Nazirliyi teleqram kanalında məlumat yayıb.
“Təlimlər əməliyyat imkanlarını inkişaf etdirmək və iştirakçı personalın qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıyır”, - məlumatda bildirilib.
Müdafiə Nazirliyindən əlavə ediblər ki, təlimlərə Milli Ordunun hərbi-texniki bölmələri və artilleriya sistemləri cəlb olunacaq. Təlimlər milli ordunun cari ilin hazırlıq planına uyğun olaraq avqustun 5-dən 23-dək davam edəcək.
Oxşar xəbərlər
NATO-nun hərbi-dəniz təlimləri Rumıniyada keçiriləcək
Polşa ordunun şəxsi heyətinin sayını artırmaq niyyətindədir
Azərbaycan Ordusunun artilleriya bölmələrinin xüsusi təlimi keçirilir
Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb - FOTO
Cənubi Koreya Şimali Koreya ilə sərhəd yaxınlığında döyüş atışlı təlimlər keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













