Fransalı nazir: Olimpiya Oyunları başlayandan bəri Parisdə 200 nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

Fransalı nazir: Olimpiya Oyunları başlayandan bəri Parisdə 200 nəfər saxlanılıb


Olimpiya Oyunları başlayandan bəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Paris və ətraf ərazilərdə 200 nəfər saxlanılıb.

"Sizinxeber.az" Fransa KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Cerald Darmanin deyib.

“200 nəfər saxlanılıb, onlardan 180 nəfəri nəzarətə götürülüb”, - o bildirib.

DİN başçısının sözlərinə görə, oyunların ilk həftəsi ərzində cinayətkarlığın səviyyəsində xeyli azalma qeydə alınıb. Zor tətbiq etməklə quldurluq hadisələrinin sayı 24 faiz, avtomobil oğurluğu halları isə 10 faiz azalıb.

O, cinayətlərin sayının azalmasını Olimpiada zamanı asayişin təmin olunmasına çox sayda polis əməkdaşının cəlb edilməsi ilə əlaqələndirib.

Oxşar xəbərlər

Olimpiadanın açılış mərasimində 19 nəfər saxlanılıb
Fransa DİN: Olimpiya obyektləri yaxınlığında hücum və oğurluqlar artıb
Fransada Olimpiada başlayandan bəri 70-ə yaxın kiberhücumun qarşısı alınıb
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Venesuelada etirazlar zamanı təxminən 750 nəfər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər