Fransa həbsxanalarında məhbusların sayı rekord həddə çatıb
Fransa həbsxanalarındakı məhbusların sayı 78,5 min nəfərə çataraq yenidən rekord yeniləyib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Agence France-Presse” Fransa Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, cəzaçəkmə müəssisələrindəki məhkumların sayı son 10 ayda daim artıb, penitensiar müəssisələrdə orta doluluq göstəricisi isə 126,9 faizə çatıb. 19 müəssisədə isə bu rəqəm hətta 200 faizi də ötüb. Qurumun məlumatına görə, bununla əlaqədar 3,5 min məhbus döşəmədə yatmağa məcburdur.
Bildirilir ki, məhkəmə qərarını gözləyən və ya qısamüddətli həbs cəzası çəkən fransızların olduğu cəzaçəkmə müəssisələrindəki vəziyyət daha acınacaqlıdır. Orada orta doluluq 152,3 faizə çatır.
Daha əvvəl Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dəfələrlə Fransa həbsxanalarındakı bu vəziyyəti pisləyib. Keçən ilin iyulunda AİHM Fransada həbsxanalarla bağlı xroniki problem olduğunu açıqlayıb, şəraitin olduqca pis olduğunu və vəziyyəti yaxşılaşdırmaq üçün məqsədyönlü heç bir tədbirin görülmədiyini bildirib.
Oxşar xəbərlər
2024-cü ildə Afrikada aclıqdan əziyyət çəkən insanların sayı rekord həddə çatacaq
Qəzzada ölənlərin sayı 21,6 min nəfərə çatıb
Türkiyə lirəsindən antirekord
Qəzzada ölən fələstinlilərin sayı 28 858-ə çatıb
Azərbaycanda casusluğa görə saxlanılan Martin Rayan Fransa tərəfindən istifadə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













