Putin Rusiya tarixində ilk dəfə Trampla görüşmək üçün Alyaskaya səfər edir
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-ın ən şimalındakı Alyaska ştatına gedir.
“Report”un Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, Trampın 2025-ci ilin yanvarında Ağ Evə qayıtmasından sonra onların ilk görüşü olacaq.
Bu görüş həm də tarixdə, o cümlədən Rusiya imperiyası və SSRİ dövründə Rusiya liderinin Alyaskaya ilk səfəri olacaq.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, Rusiya və ABŞ yaxın qonşudurlar və rəsmi olaraq Rusiya nümayəndə heyətinə yalnız Berinq boğazını keçmək lazımdır, lakin faktiki marşrut əhəmiyyətli olacaq. Belə ki, Putinin təyyarəsi 11 saat qurşağı və şərti tarix xəttini keçərək təxminən 7 min km məsafəni qət edəcək.
Oxşar xəbərlər
Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
Putin Şimali Koreya lideri ilə Trampla gözlənilən danışıqları müzakirə edib
Tramp və Putinin görüşü sabah yerli vaxtla saat 11:30-da keçiriləcək
Rusiya və ABŞ liderləri arasında telefon danışığı bir saat çəkib - YENİLƏNİB
Uşakov: Yaxın günlərdə Putin və Trampın görüşü baş tutacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
