Vuçiç: Serb İnkişaf Partiyasının ofislərinə hücumlar nəticəsində 64 nəfər yaralanıb
Serbiyanın Novi Sad şəhərində Serb İnkişaf Partiyasının (SİP) binasına edilən hücumlar nəticəsində 60-dan çox insan xəsarət alıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç keçirdiyi mətbuat konfransında bildirib.
“Blokadalarda iştirak edənlər binanın arxa tərəfindən dəyənəklərlə, fişənglərlə, daşlarla hücuma keçiblər. 60-dan çox vətəndaşımız xəsarət alıb. Yalnız Novi Sad şəhərindəki Serb İnkişaf Partiyasının ofislərində 64 nəfər yaralanıb”, - Vuçiç bildirib və əlavə edib ki, toqquşmaların baş verdiyi ərazidə insanlar “sözün əsl mənasında, qanın içində üzürlər”.
“Hazırda vəziyyətə nəzarəti bərpa edirik, əraziyə daha çox polis qüvvəsi göndərilir. İctimai asayiş və sakitlik bərpa olunacaq”, – deyə prezident əlavə edib.
Bundan əvvəl Serbiyanın daxili işlər naziri İvitsa Daçiç bildirmişdi ki, axşam saatlarında keçirilən etirazlar və iğtişaşlar zamanı xəsarət alan polis əməkdaşlarının sayı 15-ə çatıb.
Polisin məlumatına əsasən, son 24 saat ərzində Belqrad, Novi Sad, Niş, Kraguevac və digər şəhərlərdə baş verən iğtişaşlar nəticəsində təxminən 70 nəfər xəsarət alıb.
Oxşar xəbərlər
Serbiyada vağzal binasının talvarının uçması nəticəsində 14 nəfər həlak olub - YENİLƏNİB
Serbiya və Rusiya prezidentləri sabah danışıqlar aparacaq
Vuçiç Zelenski ilə telefon danışığı aparıb
Serbiyada etirazlar zamanı nazirinə hücum edilib
Serbiyada etirazlar zamanı nazirə hücum edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik












