İran rəsmisi Livanda “Hizbullah”ın silah böhranını müzakirə edəcək
sizinxeber.az xəbər saytı

İran rəsmisi Livanda “Hizbullah”ın silah böhranını müzakirə edəcək


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “Hizbullah”ın silahları ilə bağlı böhranı həll etmək üçün avqustun 13-də Livanda danışıqlar aparacaq.

“Report”un məlumatına görə, bu barədə “Al Nahar” qəzeti xəbər yayıb.

Laricani Livan Prezidenti Cozef Aun, parlamentin sədri Nabih Berri və Baş nazir Nəvaf Salam ilə görüşəcək və onlara ölkənin birliyi və müstəqilliyi ilə bağlı "mühüm strateji mesajı" çatdıracaq.

Qəzetin yazdığına görə, Livan və İran arasında gərgin münasibətlər fonunda danışıqlar çətin keçəcək. Bundan əlavə, “Hizbullah” qruplaşmalarının ABŞ və İsrailin tələblərinə uyğun olaraq tərksilahdan imtina etməsindən sonra Livanda daxili siyasi vəziyyət xeyli pisləşib. Hərəkatın tərəfdarları kütləvi küçə etirazları keçiriblər.

Oxşar xəbərlər

İran XİN başçısı Livanda səfərdədir
Livan Prezidenti: "Hizbullah" tərk-silah edilməlidir
İsrail Livanda "Hizbullah"ın silah anbarına zərbə endirib
İsrail Ordusu Livanda “Hizbullah”ın silah istehsalı obyektinə zərbə endirib
İsrail Livanda "Hizbullah"ın yüksək rütbəli komandirini zərərsizləşdirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər