Krımda Rusiyanın 5 qırıcısı vurulub
sizinxeber.az xəbər saytı

Krımda Rusiyanın 5 qırıcısı vurulub


Ukrayna Krım ərazisində pilotsuz təyyarələrin zərbələri nəticəsində Rusiyanın bir qırıcısının məhv edildiyi və dördünün zədələndiyi barədə məlumat verib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, hədəflər işğal olunmuş Krımda "Saki" hərbi aerodromuna gecə zərbə endirilməsi nəticəsində vurulub.

"Bir “Su-30SM” qırıcısı tamamilə məhv edilib, daha biri isə zədələnib. Bundan başqa, üç “Su-24” bombardmançı təyyarəsi vurulub ", - bəyanatda bildirilib.

"Saki" aerodromu Qara dənizdə Rusiya aviasiyasının əməliyyatları üçün əsas baza hesab olunur.

Qiymətləndirmələrə görə, bir “Su-30SM” təyyarəsinin dəyəri 35-50 milyon dollar arasında dəyişir.

Oxşar xəbərlər

Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirib
Rusiya regionları üzərində 115 Ukrayna PUA-sı vurulub
Zelenski: Krımda son sutkada Rusiyanın ikinci təyyarəsi məhv edilib
Krım yaxınlığında iki Ukrayna PUA-sı məhv edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər