Mali ordusu terrorçularla son döyüşlərdə xeyli itki verib
sizinxeber.az xəbər saytı

Mali ordusu terrorçularla son döyüşlərdə xeyli itki verib


Mali hökuməti keçən həftə terrorçularla döyüşlər zamanı canlı qüvvə və texnika baxımından xeyli itki verdiyini etiraf edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Mali Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.

"İyulun 19-dan Mali Silahlı Qüvvələri Afarak və Tinsauaten yaşayış məntəqələrində (ölkənin şimal-şərqində, Əlcəzairlə sərhəd yaxınlığında) vəziyyətin sabitləşdirilməsi əməliyyatlarında iştirak edib", - məlumatda deyilir.

Qeyd olunur ki, bundan sonra hərbçilər yaraqlıların reketçilik, soyğunçuluq və ölkənin şimal şəhərlərini təmin etmək üçün göndərilən logistik konvoyların hərəkətini blokladığı Tinsauatenin azad edilməsini hədəf seçiblər

Bununla belə, döyüş bölgəsindəki qum fırtınası şəraitində terrorçular yenidən qruplaşa və əhəmiyyətli dərəcədə möhkəmlənə biliblər.

Eyni zamanda, Baş Qərargah Mali Silahlı Qüvvələrinin sıralarında ölən və yaralananların dəqiq sayını açıqlamayıb.

Mali hakimiyyəti ilə ekstremist və separatçı qruplar arasında silahlı münaqişə 2012-ci ildə başlayıb. O vaxtdan ölkə, ilk növbədə, təhlükəsizlik və sosial-iqtisadi inkişaf sahəsində böhranlı vəziyyətdədir.

Oxşar xəbərlər

Mali Ordusu: Ölkənin şimal-şərqində terrorçularla döyüşlər gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mali ordusu ölkənin cənub-qərbində terrorçuların bir neçə bazasını məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Malidə “Vaqner”in döyüşçüləri pusquya salınıb, 20-dən çoxu öldürülüb, yaralıları əsir götürüblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Burkina Faso, Mali və Niger ECOWAS-dan çıxdığını elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Malidə yaraqlılar üç ayda bir kəndin 100-ə yaxın sakinini öldürüblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər