Mali ordusu ölkənin cənub-qərbində terrorçuların bir neçə bazasını məhv edib
sizinxeber.az xəbər saytı

Mali ordusu ölkənin cənub-qərbində terrorçuların bir neçə bazasını məhv edib


Mali Silahlı Qüvvələrinin bölmələri ölkənin cənub-qərbində antiterror əməliyyatı keçirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə AES INFO informasiya portalı məlumat yayıb.

Mali hərbçiləri ərazidə bir neçə terror bazasını aşkarlayaraq məhv edib. Bundan əlavə, onlar Nara və Kvala şəhərlərini birləşdirən yolu açıblar.

Ordu bölmələri, həmçinin yerli əhalidən quldurlar tərəfindən oğurlanmış mal-qaranı geri qaytarıblar.

Qeyd edək ki, Mali hakimiyyəti ilə ekstremist və separatçı qruplar arasında silahlı münaqişə 2012-ci ildə başlayıb. O vaxtdan bəri ölkə, ilk növbədə, təhlükəsizlik və sosial-iqtisadi inkişaf sahəsində böhranlı vəziyyətdədir.

Oxşar xəbərlər

Mali Ordusu: Ölkənin şimal-şərqində terrorçularla döyüşlər gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Malidə yaraqlılar üç ayda bir kəndin 100-ə yaxın sakinini öldürüblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Burkina Faso, Mali və Niger ECOWAS-dan çıxdığını elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Qəzza zolağının cənubunda bir qrup silahlı radikalı məhv etdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Malidə “Vaqner”in döyüşçüləri pusquya salınıb, 20-dən çoxu öldürülüb, yaralıları əsir götürüblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər