Netanyahu Suriya ilə gərginliyin artması səbəbindən məhkəmə iclasını vaxtından əvvəl tərk edib
sizinxeber.az xəbər saytı

Netanyahu Suriya ilə gərginliyin artması səbəbindən məhkəmə iclasını vaxtından əvvəl tərk edib


İsrailin Baş naziri Binyamin Netanyahu Suriya ilə gərginliyin artması səbəbindən məhkəmə iclasını vaxtından əvvəl tərk edib.

“Sizinxeber.az” “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, dövlət təhlükəsizlik xidmətləri Dəməşqlə gərginliyin mümkün artmasına hazırlaşır, buna görə də baş nazir vəziyyətə nəzarət etmək üçün məhkəmə iclasını tərk etməli olub.

Qeyd edilir ki, daha əvvəl İsrail Hərbi Hava Qüvvələri son günlərdə druzlar və bədəvilər arasında şiddətli toqquşmaların baş verdiyi Əs-Süveyda şəhərində Suriya rejiminin mövqelərinə, həmçinin Dəməşqdəki Baş Qərargah binasına pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Xatırladaq ki, İsrailin baş prokuroru 2019-cu ildə Binyamin Netanyahuya qarşı "rüşvətxorluq, etimaddan sui-istifadə və vəzifə səlahiyyətlərindən şəxsi məqsədlər üçün istifadə" ilə bağlı üç ittiham irəli sürərək məhkəməyə təqdim edib. O, ifadə vermək üçün ilk dəfə 2024-cü ilin dekabr ayında Təl-Əviv məhkəməsində hakim qarşısına çıxıb.

Oxşar xəbərlər

Netanyahu İsrailin hərbi-siyasi kabinetinin fövqəladə iclasını çağırıb
Netanyahu rüşvətxorluq, dələduzluq ittihamları ilə bağlı ifadə vermək üçün məhkəməyə gəlib
Netanyahu İsrailin Suriya ilə qarşıdurmada maraqlı olmadığını bəyan edib
Netanyahu Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq
Almaniya Kansleri Netanyahu ilə İsrail və İran arasında gərginliyi müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar