KİV: Türkiyə ilə Fransa arasında təhsil sahəsində yaranan böhran siyasi motivlidir
Türkiyə ilə Fransa arasında təhsil sahəsində yaranan böhranın siyasi motivli olduğu iddia edilib.
“Sizinxeber.az” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Ankara və Parisdəki diplomatik mənbələr bildirib.
Qeyd olunub ki, Türkiyə ilə Fransanın bir çox bölgədə, xüsusilə, Afrikanın bəzi ölkələrində və Cənubi Qafqazda əks mövqelərdə qərarlaşması qarşılıqlı ittihamları intensivləşdirib.
Bildirilib ki, siyasi müstəvidə yaranan gərginliklər ikitərəfli səmərəli və məhsuldar dialoqa mane olur.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin təhsil naziri Yusuf Tekin ölkədəki fransız məktəblərinin fəaliyyətinin qanundankənar elan ediləcəyini bildirmişdi. Bunun səbəbi kimi isə həmin məktəblərin Türkiyə qanunvericiliyinə uyğunlaşdırılmadığı göstərilmişdi.
Fransa Xarici İşlər Nazirliyi (XİN) isə buna cavab olaraq ölkənin Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən “Charles de Gaulle” və “Pierre Loti” liseylərinə Türkiyə vətəndaşlarının qəbulunun dayandırıldırığı barədə məlumat yaymışdı.
Oxşar xəbərlər
Türkiyədəki üç alman məktəbinə yerli vətəndaşların qəbulu dayandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədəki fransız məktəbləri qanundankənar sayıla bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa Azərbaycan səfirliyinin iki diplomatını “persona non-grata” elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ankarada Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təhsil naziri Türkiyə-Azərbaycan Universitetinin yaradılmasından danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











