KİV: İsrail Suriyada hökumət qüvvələrinin sursat anbarlarını məhv edib
sizinxeber.az xəbər saytı

KİV: İsrail Suriyada hökumət qüvvələrinin sursat anbarlarını məhv edib


İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriyanın cənubundakı İzra şəhərində komanda məntəqəsini və sursat anbarlarını məhv edib.

“Report” xəbər verir ki, bu barədə Suriya dövlət telekanalı məlumat yayıb.

Məlumata görə, Dəməşqdən 65 km aralıda yerləşən İzrada 12-ci tank alayının səhra düşərgəsi var. Aviazərbələr nəticəsində komanda məntəqəsi, sursat anbarları və yanacaq anbarı məhv edilib.

Telekanalın bildirdiyinə görə, təyyarələr sabitliyi bərpa etmək və dağ druzlarının özünümüdafiə qüvvələrini tərksilah etmək üçün Dəməşqdən cənub bölgələrə gələn Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin mexanikləşdirilmiş kolonlarına hücum edib.

Qeyd edək ki, günün birinci yarısında İsrail təyyarələri Əs-Süveyda şəhəri (Dəməşqdən 90 km məsafədə yerləşir) və onun ətrafındakı yerüstü hədəflərə üç dəfə hücum edib. Hava hücumlarının nəticələri və ya itkilər barədə məlumat verilməyib.

Oxşar xəbərlər

İsrail Suriyanın 12 mövqeyinə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Suriyanın şimalında, Hələbdəki hərbi zavodlara hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Suriya ordusunun mövqelərinə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu “Hizbullah”ın silah anbarlarını məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HHQ İranın F5 qırıcılarını vurub, onlarla hərbi obyektinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər