sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABŞ-də göyərtəsində 14 nəfərin olduğu təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var
Çərşənbə günü ABŞ-nin Nyu-Cersi ştatının Qloster dairəsində göyərtəsində azı 14 nəfərin olduğu kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə ABC teleşirkətinin yerli bölməsi xəbər yayıb.
Qəza zamanı azı 5 nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıblar. Zərərçəkənlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.
Hadisə yerli vaxtla təxminən saat 17:30-da (Bakı vaxtı ilə saat 2:30) Vilyamstaun hava limanı yaxınlığında baş verib.
Oxşar xəbərlər
ABŞ-də kiçik mühərrikli təyyarə qəzaya uğrayıb
Nepalda təyyarə qəzaya uğrayıb
Atlanta yaxınlığında təyyarə qəzası iki nəfərin həyatına son qoyub
ABŞ-da təyyarə qəzasında dörd nəfər ölüb
KİV: Nepalda qəzaya uğrayan təyyarədə texniki heyət olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













