Konqo və Ruanda sülh sazişi imzalayıb
sizinxeber.az xəbər saytı

Konqo və Ruanda sülh sazişi imzalayıb


Konqo Demokratik Respublikası (KDR) və Ruanda sülh sazişi imzalayıb.

"Report"un xəbərinə görə, Vaşinqtonda keçirilən rəsmi mərasimi ABŞ Dövlət Departamentinin yutub kanalı canlı yayımlayıb.

Sənədi ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə KDR-in xarici işlər naziri Tereza Kayivamba və Ruandanın xarici işlər naziri Oliver Nduhunqirehe imzalayıb.

ABŞ və Qətərin vasitəçiliyi ilə imzalanmış saziş ərazi bütövlüyünə hörmət və hərbi əməliyyatların qadağan edilməsi, qeyri-dövlət silahlı qruplarının tərksilah və şərti inteqrasiyası, təhlükəsizlik məsələlərinin əlaqələndirilməsi üçün birgə mexanizmin yaradılması ilə bağlı müddəaları ehtiva edir.

Tərəflər həmçinin qaçqınların və məcburi köçkünlərin geri qaytarılmasının asanlaşdırılması, humanitar yardımların açılması və regional iqtisadi inteqrasiya strukturunun yaradılması barədə razılığa gəliblər. Müqavilə tərəflər tərəfindən imzalandıqdan dərhal sonra qüvvəyə minib.

Onilliklər boyu davam edən və sönən münaqişə əsasən Konqonun resursla zəngin Şimali və Cənubi Kivu əyalətlərini əhatə edib. Bölgədəki döyüşlər yüz minlərlə insanın ölümünə və milyonlarla insanın evindən didərgin düşməsinə səbəb olub.

Oxşar xəbərlər

ABŞ Konqo Demokratik Respublikası və Ruandadan sülh sazişi layihəsini alıb
KDR-in xarici işlər naziri: Ruanda qoşunları ərazimizə daxil olub
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Konqo Demokratik Respublikası və Ruanda Liderləri Böhran Sammitində iştirak edəcəklər
Azərbaycan və Ermənistan qısa müddətdə Sülh Sazişi üçün əlavə səylər barədə razılığa gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle