Zelenski Rusiyanın İstanbul danışıqlarındakı nümayəndə heyətinin tərkibinə münasibət bildirib
sizinxeber.az xəbər saytı

Zelenski Rusiyanın İstanbul danışıqlarındakı nümayəndə heyətinin tərkibinə münasibət bildirib


Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı İstanbul danışıqlarında təmsil edəcək prezident köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətini saxta adlandırıb.

Sizinxeber.az xəbər verir ki, bu açıqlamanı o, Ankaraya səfərindən dərhal sonra verib.

Ukrayna lideri ölkəsinin nümayəndə heyətinin tərkibini də açıqlayıb:

“Bizim nümayəndə heyətimiz ən yüksək səviyyədə təmsil olunur. Söhbət Xarici İşlər Nazirliyi və Prezident Ofisinin nümayəndələri, hərbçilər, kəşfiyyat xidmətlərinin əməkdaşlarından gedir. Yeri gəlmişkən, səfərin məqsədi ədalətli sülhə xidmət edəcək qərarların qəbul edilməsidir”.

O eyni zamanda ölkəsinin müzakirələrdə iştirakı ilə bağlı qərarı türkiyəli həmkarı ilə görüşdən sonra verəcəyini deyib.

Oxşar xəbərlər

Zelenski Səudiyyə Ərəbistanına səfər edib
İstanbul danışıqlarında iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibi açıqlanıb
Putin Ukrayna ilə danışıqlar üçün Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib, özü Türkiyəyə getməyəcək
Zelenski: Ukrayna nümayəndə heyətinin Londondakı əsas hədəfi qeyd-şərtsiz atəşkəsdir
Zelenski Ukrayna və ABŞ nümayəndələrinin görüşəcəyini təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle