sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ukrayna XİN rəhbəri: Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz
Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz, biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik.
Sizinxeber.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa öz “X” hesabında yazıb.
Onun sözlərinə görə, Ukrayna müasir Avropa tarixində ən dəhşətli hərbi hücuma və üç illik total müharibəyə dözüb.
"Ukrayna xalqı və onun prezidenti Volodimir Zelenski Putinin təzyiqinə boyun əyməkdən imtina etdi. Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz. Biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik", - XİN rəhbəri yazıb.
Qeyd edək ki, prezident Donald Tramp Ukrayna prezidentini ABŞ yardımını israf etməkdə və diktatura yaratmaqda ittiham edib.
Oxşar xəbərlər
Putin: Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir
Tramp Zelenskini diktator adlandırıb
Zelenski: Rusiya qitələrarası ballistik raketlə Ukraynanı vurub
Zelenski: Ukrayna bu ay bir neçə HHM sistemi alacaq
Zelenski: Sülhə nail olmaq üçün ABŞ, Aİ və Avropa ölkələri arasında birliyə ehtiyac var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













