Trampın nümayəndəsi: Avropanın Ukrayna üzrə danışıqlar masası arxasında iştirakı mümkünsüzdür
sizinxeber.az xəbər saytı

Trampın nümayəndəsi: Avropanın Ukrayna üzrə danışıqlar masası arxasında iştirakı mümkünsüzdür


Ukraynanın Rusiya ilə müharibədəki itkiləri ABŞ-nin Vyetnam və Koreyadakı itkilərindən üç dəfə çoxdur. Tramp bunu dayandırmaq istəyir.

APA xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransında ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.

O həmçinin Avropalı liderlərin region ölkələrinin Ukrayna üzrə danışıqlarda iştirakı ilə bağlı fikirlərinə şərik olmadığını, habelə Avropanın Ukrayna üzrə danışıqlar masası arxasında iştirakının mümkünsüzlüyünü söyləyib.


“Yox, bu mümkün deyil. Ukraynalılar danışıqlar masasında olacaq. Bunun əksini iddia etmək olmaz. Xatırlatmaq istədiyim vacib məqamlardan biri də odur ki, Ukraynada üçüncü ildir ki, müharibə gedir. Bilirəm ki, məni tənqid edəcəklər, lakin fakt odur ki, müharibə Prezident Trampa miras qalıb. Əsas məqsədimiz onun hər bir ukraynalının ölümünə səbəb olmasına imkan verməməkdir. Biz 30 gün ərzində əvvəlki Administrasiyanın 3 ildə etdiyindən daha çox irəliləyişə nail olmuşuq”.

Oxşar xəbərlər

Patruşev: Ukrayna ilə bağlı danışıqlar yalnız Rusiya və ABŞ arasında aparılmalıdır
Zelenski: Avropanın Ukrayna danışıqlarında iştirakı sual altındadır
Slovakiya Ukrayna üzrə danışıqlar üçün platforma təqdim etməyə hazırdır
El Pais: Tramp Zelenskiyə Rusiyanın əldə etdiyi ərazilərdən imtina etmək barədə düşünmək üçün “siqnal” göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər