Belçika F-16-ların Ukraynaya çatdırılmasını təxirə salıb
Belçika Ukraynaya göndəriləcək olan F-16 təyyarələrinin çatdırılmasını təxirə salıb.
APA xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Ludivin Dedonder məlumat verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, o, bunu Polşaya səfəri zamanı deyib.
“Belçika bu il Ukraynanı ilk iki F-16 təyyarəsi ilə təmin edə bilməyəcək. Çünki təlim keçmiş pilotlar və ehtiyat hissələri yoxdur”.
Qeyd edək ki, ilin əvvəlində Belçika Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb və bu müqavilədə xüsusən də 2028-ci ilə qədər Belçika ordusunun inventarından çıxarılan 30 köhnə F-16-nı Ukraynaya verməyi vəd edib. Bu təyyarələrdən ilk ikisinin bu ilin sonuna qədər təhvil verilməsi nəzərdə tutulurdu.
Oxşar xəbərlər
Belçika ilin sonuna qədər Ukraynaya F-16 təyyarələri və hava hücumundan müdafiə sistemləri verməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hollandiya Ukraynaya 88 milyon avro ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Praqada NATO-nun Hərbi Komitəsinin iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya MN: Ukrayna bizim verdiyimiz silahlardan öz məqsədinə uyğun istifadə edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Ukraynaya əlavə dəstək tədbirləri elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












