KİV: “Gürcü arzusu”nda fiziki qarşıdurma olub, sabiq Baş nazir Qaribaşvili xəstəxanaya yerləşdirilib
İddialara görə, Gürcüstanın keçmiş Baş naziri, indiki “Gürcü arzusu”nun sədri İrakli Qaribaşvili ciddi xəsarətlərlə Tbilisidəki Amerikan xəstəxanasına yerləşdirilib.
APA xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın "Mtavari arxi" kanalı yayıb.
Məlumata əsasən, "Gürcü arzusu" partiyasında fiziki qarşıdurma olduğu barədə məlumatlar var. İrakli Qaribaşvilinin travmatologiya şöbəsində olması barədə dünən sözügedən telekanalın efirində Bidzina İvanişvilinin birgə investisiya fondunun keçmiş sədri Giorgi Baçiaşvili də danışıb.
“Gürcü arzusu”nun sədri ilə bağlı məlumata hakim partiya münasibət bildirərək, keçmiş Baş nazirin hər hansı qarşıdurma səbəbindən deyil, idman zamanı aldığı zədə səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirib.
Hakim partiya yayılan xəbəri dezinformasiya adlandıraraq ictimaiyyəti yayılan yalanlara əhəmiyyət verməməyə çağırıb.
"Açığı, bu, növbəti dezinformasiya və ictimaiyyəti çaşdırmaq üçün cılız bir cəhddir. Daha doğrusu, “Gürcü arzusu”nun sədri məşq zamanı çiynindən zədə alıb və bir az da tibbi yardıma ehtiyacı olub. İrakli Qaribaşvili fəaliyyətini davam etdirir. Biz ictimaiyyəti yayılan yalanlara əhəmiyyət verməməyə çağırırıq” - deyə "Gürcü arzusu"nun yaydığı məlumatda deyilir.
Oxşar xəbərlər
Hakim partiya Qaribaşvilinin istefası ilə bağlı xəbərlərə münasibət bildirib - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İrakli Qaribaşvili “Gürcü Arzusu”nu tərk edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İrakli Qaribaşvili “Gürcü Arzusu”nu tərk etməyə hazırlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakim partiya Qaribaşvilinin istefası ilə bağlı xəbərlərə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri postuna namizəddir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












