Zelenski Ukrayna hərbi briqadalarının Almaniya və Fransadakı hazırlıqlarından danışıb
sizinxeber.az xəbər saytı

Zelenski Ukrayna hərbi briqadalarının Almaniya və Fransadakı hazırlıqlarından danışıb


ABŞ Almaniyada Ukrayna Silahlı Qüvvələrinin briqadasını hazırlayır, Fransa ilə daha bir yeni briqadanın hazırlanması ilə bağlı danışıqlar aparılır.

Sizinxeber.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.

“Fransa tərəfdən müsbət rəy aldıq, indi Fransa ilə yeni briqadanın komplektləşdirilməsi ilə bağlı müzakirələr aparacağıq. Biz Almaniya tərəfdən də müsbət rəy aldıq, səmimi olacam, alman torpağında amerikalılar bizim briqadamızı hazırlayırlar, bu onların töhfəsidir. Düzünü desəm, bu kifayət deyil, amma buna baxmayaraq, biz buna görə minnətdarıq“, - Zelenski qeyd edib.

Oxşar xəbərlər

ABŞ Almaniyada Ukrayna hərbçilərinə təlim keçir
Zelenski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin edib
Zelenski Tramp və Makronla görüşüb
Zelenski: Ukrayna Kursk əməliyyatından diplomatiya üçün istifadə edəcək
Zelenski: Ukrayna bu ay bir neçə HHM sistemi alacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər