Polis Tbilisidə keçirilən aksiyanı dağıdıb - VİDEO - YENİLƏNİB2
Gürcüstan polisi Tbilisidə parlament binası qarşısındakı aksiya iştirakçılarının əksəriyyətini ərazidən uzaqlaşdırıb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, polis qüvvələri etirazçıları ərazidən uzaqlaşdırmaq üçün su şırnağından istifadə edib.
Etirazçıların böyük əksəriyyəti Rustaveli prospektini tərk ediblər.
Bir qisim aksiya iştirakçısı isə aksiyanı davam etdirmək üçün yaxın ərazilərdə gözləyir.
Polis aksiya iştirakçılarından bəzilərini saxlayıb.
***
02:22
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binası yaxınlığında etirazçıları saxlamağa başlayıblar.
Sizinxeber.az xəbər verir ki, hüquq mühafizə orqanlarının əməkdaşları Çiçinadze və Zurabaşvili küçələrinin kəsişməsində, parlament binası tərəfində həbslər aparır.
Əvvəlcə etirazçılara qarşı su şırnaqlarından istifadə edilib, daha sonra polis onları saxlamağa başlayıb. Hazırda bir neçə nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti hələlik saxlanılanların dəqiq sayı barədə məlumat verməyib.
Əldə olunan məlumata görə Tbilisidə parlament binası yaxınlığında etirazçıların pirotexniki vasitələrdən istifadə etməsi nəticəsində Gürcüstan Daxili İşlər Nazirliyinin bir əməkdaşı yanıb. Bu barədə respublika Daxili İşlər Nazirliyinin rəis müavini Aleksandr Daraxvelidze brifinqdə məlumat verib.
***
00:48
Tbilisidə polis parlament binasının ətrafındakı etirazçılara müdaxilə etməyə başlayıb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, xüsusi təyinatlı polis dəstələri parlament binasının girişlərini tutmağa çalışan etirazçıların ərazidən çıxarılmasına başlayıb.
Etirazçılar polisə daş və pirotexniki vasitələr ataraq qarşılıq verir.
Oxşar xəbərlər
Tbilisinin hər yerində etirazlar yatırılıb - FOTO - VİDEO - YENİLƏNİB 5
Tbilisidə müxalifətin etiraz yürüşündə iştirak edən 3 nəfər saxlanılıb
Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir
Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir - FOTO - VİDEO
Tbilisidə etiraz aksiyasında 43 nəfər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO
-
İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb
-
"Yelo Bank" növbəti “Mastercard: Customer Tech Conference”ə ev sahibliyi etdi
-
Ombudsman yanında İşçi Qrupu psixi sağlamlıqla bağlı dövlət qurumlarına təkliflər hazırlayacaq
-
Lənkəranda fabrikin həyətindən silah-sursat tapılıb
-
Baş nazir: Yeni hava limanı Gürcüstanın iqtisadi potensialının artmasına xidmət edəcək