Litva Ukraynada infrastrukturun bərpası üçün 10 milyon avro ayıracaq
sizinxeber.az xəbər saytı

Litva Ukraynada infrastrukturun bərpası üçün 10 milyon avro ayıracaq


Litva Dünya Bankı vasitəsilə Ukraynada infrastrukturun bərpası layihələrinin maliyyələşdirilməsinə 10 milyon avro ayıracaq.

APA xəbər verir ki, bu barədə Litvanın Maliyyə Nazirliyi məlumat yayıb.

“Dünya Bankının öz ixtisaslaşdırılmış fondları vasitəsilə Ukraynanın həyati vacib infrastrukturunun bərpasına, ictimai xidmətlərin göstərilməsinin təmin edilməsinə, təhsil, səhiyyə və mənzil-tikinti sektorlarının dəstəklənməsinə səmərəli yardım göstərməyə imkan verdiyini nəzərə alaraq, bu məqsədlər üçün 10 milyon avro göndərəcəyik”, - nazirliyin bəyanatında deyilir.

Məlumata görə, hüquqi prosedurlar başa çatdıqdan sonra vəsait yaxın günlərdə köçürüləcək.

Qeyd edək ki, bu, Litvanın ikinci belə yardımıdır. 5 milyon avro məbləğində birinci yardım paketi 2022-ci ilin sonunda edilib.

Oxşar xəbərlər

Litva Ukraynaya minatəmizləmə avadanlıqları üçün 35 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hollandiya Ukraynaya 88 milyon avro ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Litvanın Maliyyə Nazirliyi: Aİ Şurasına sədrlik ölkəyə 140 milyon avrodan çox başa gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Finlandiya Ukrayna üçün sursat alınmasına 30 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrlandiya Ukraynaya 128 milyon avro hərbi yardım edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle