Dünya Bankı Ukraynaya 750 milyon dollarlıq növbəti yardımı elan edib
Dünya Bankı Ukraynaya 750 milyon dollarlıq növbəti dəstək paketini elan edib.
Sizinxeber.az-nın “UNİAN”a istinadən xəbərinə görə, bu barədə ölkənin Baş naziri Denis Şmıqal məlumat verib.
O əlavə edib ki, sözüge “SURGE” proqramı çərçivəsində maliyyələşdiriləcək paket ölkədə instusional islahatlara dəstək xarakteri daşıyır.
"Bu proqramın reallaşması müharibə şəraitində dövlət orqanlarının fəaliyyətinin möhkəmləndirilməsinə, eləcə də vətəndaşların dövlət xidmətləri ilə tam həcmdə təminatına imkan verəcək. Layihə çərçivəsində həyata keçirilən islahatlar ictimai investisiyaların və dövlət vəsaitlərinin idarəolunmasının effektivliyi artırılmasını hədəfləyir. Ehtiyac olduqda ayrılan vəsaitin məbləği artırıla bilər”.
Oxşar xəbərlər
Kanada Ukraynaya 47 milyon dollarlıq növbəti yardım paketini elan edib
Müdafiə naziri ABŞ-nin Ukraynaya 400 mln. dollarlıq növbəti yardım paketini elan edib
KİV: ABŞ Ukraynaya yeni yardım paketini elan edə bilər
Ukrayna Dünya Bankı ilə 600 milyon dollar ayrılması üçün müqavilə imzalayıb
Bayden Ukraynaya 425 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











