Maya Sandu Moldovada prezident seçkilərində liderdir - YENİLƏNİB-1
Moldovanın hazırkı Prezidenti Maya Sandu prezident seçkilərinin ikinci turunda 52,11 faiz səslə liderdir, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 47,89 faiz səslə toplayıb.
Sizinxeber.az xəbər verir ki, bu nəticələri ölkənin Mərkəzi Seçki Komissiyası açıqlayıb.
MSK-nın məlumatına görə, ölkə daxilində protokolların 100% -I işləndikdən sonra Stoyanoglo 51,19%, Sandu isə 48,81% səs toplayıb.
Ölkə xaricində isə protokolların 95,54%-I işlənilib.
***
00:16
Prezident seçkilərinin ikinci turunda Moldovanın hazırkı prezidenti Maya Sandu 50,12 faiz səslə liderliyə yüksəlib, Aleksandr Stoyanoqlo isə 49,88 faiz səs toplayıb.
Sizinxeber.az xəbər verir ki, nəticələr Moldova Mərkəzi Seçki Komissiyası tərəfindən protokolların 92%-i işləndikdən sonra dərc edilib.
***
00:16
Moldova prezidentliyinə namizəd Aleksandr Stoyanoqlo səslərin 79,5%-nin hesablanmasından sonra prezident seçkilərində liderdir.
Sizinxeber.az xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Stoyanoqlo 51,82%, hazırkı prezident Maia Sandu isə 48,18% səs toplayıb.
Oxşar xəbərlər
Maya Sandu Moldovada prezident seçkilərində liderliyə yüksəlib - YENİLƏNİB
Sandu Moldovada prezident seçkilərində 40 faizdən çox səslə liderdir - YENİLƏNİB-2
Moldovada prezident seçkiləri: Sandu qələbə qazanır - YENİLƏNİB
Moldovada prezident seçkilər: müxalifətin namizədi öndədir
Moldovada prezident seçkilərində Sandu öndədir, vətəndaşların yarıdan çoxu Aİ-yə üzvlüyün əleyhinədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
