Ukraynanın baş prokuroru istefa verib
sizinxeber.az xəbər saytı

Ukraynanın baş prokuroru istefa verib


Ukraynanın baş prokuroru Andrey Kostin prokurorluq orqanlarındakı çoxsaylı qanunsuzluqlar səbəbindən istefa verib.

Sizinxeber.az-nın Ukrayna mətbuatına istinadən məlumatına görə, bu barədə qərar bir qədər əvvəl açıqlanıb.

Qeyd edək ki, oktyabrın 16-da ukraynalı jurnalist Yuri Butusov Xmelnitsk vilayətində 49 prokurorun saxta əlillik dərəcələri alması, eləcə də prokurorluq orqanlarına işə qəbulla bağlı yol verilən nöqsanlar barədə xəbər yayıb. Bundan sonra baş prokuror Kostin faktla bağlı xidməti araşdırmanın başlandığını bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının bugünkü iclasında sözügedən faktı sərt tənqid edib. O eyni zamanda, ölkədə əlillik dərəcələrinin verilməsində şəffaflığın təmin edilməli olduğunu da söyləyib. Sonda Zelenski prokurorluq orqanlarında kadr dəyişikliklərinin zəruriliyindən danışıb.

Oxşar xəbərlər

Kamran Əliyev Litva Baş prokuroru ilə görüşüb
KİV: Zelenski Ukrayna üçün son tarix təyin edib
Üç prokurorluq işçisi təqaüdə göndərilib
Kamran Əliyev Albaniya Baş prokuroru ilə görüşüb, memorandum imzalanıb
Kamran Əliyev prokurorluq əməkdaşlarını təltif edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər