Borel: Humanitar qanunlar Qəzza zolağının xarabalıqları altında basdırılıb
sizinxeber.az xəbər saytı

Borel: Humanitar qanunlar Qəzza zolağının xarabalıqları altında basdırılıb


Hazırda Qəzza zolağında humanitar vəziyyət o qədər acınacaqlıdır ki, oradakı humanitar qanunlar sözün əsl mənasında xarabalıqlar altında basdırılıb.

Sizinxeber.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borel Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin görüşündən sonra mətbuat konfransında deyib.

“Biz Qəzzada humanitar vəziyyəti unutmamalıyıq. Oraya gələn yardımın miqdarı müharibə başlayandan bəri ən aşağı səviyyədədir. ABŞ prezidentliyinə namizəd Kamala Harris bu gün bildirib ki, son iki həftə ərzində Qəzzaya heç bir ərzaq çatmayıb. Ehtiyaclar sürətlə artır. 40 mindən çox insan həlak olub və qorxuram ki, humanitar hüquq da bu müharibənin qurbanı olsun”, - deyə o bildirib.

Avropalı diplomat bildirib ki, 400 min yerli sakin bölgədən təxliyə əmri alıb, lakin onların gedəcək yerləri yoxdur və buna görə də insanlar sadəcə olaraq tələyə düşüblər və bombardmana məruz qalma riski var.

Oxşar xəbərlər

Borel Livana müdaxilənin vəziyyəti pisləşdirəcəyini deyib
Borel İsrail hökumətinin iki nazirinə qarşı sanksiyalar təklif edib
BMT Qəzzada humanitar fasilə ilə bağlı razılıq əldə edib
Aİ ölkələri Livandakı vəziyyətlə bağlı BMT TŞ-nin təcili iclasının çağırılmasını istəyib
Bayden: “İranın açıq təhdidləri qarşısında İsraili tam dəstəkləyirik”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle