Von der Leyen: Məqsəd Ukraynada enerjiyə tələbatın 75 faizinin daxili istehsal hesabına təmin edilməsidir
“Avropa İttifaqının əsas məqsədi Ukraynanın elektrik enerjisinə tələbatının 75 faizinin daxili imkanlar hesabına təmin olunmasıdır”.
APA xəbər verir ki, bu fikirləri Avropa Komissiyasının prezidenti Ursula von der Leyen mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, sözügedən göstəricinin artırılması üçün potensial var:
“Bu ilin qış mövsümündə məqsədimiz Ukraynada enerji istehsalının həcmini 25 faiz artırmaqdır. Biz başa düşürük ki, 75 faizlik planı yerinə yetirmək çox çətin olacaq. Ukraynanın elektrik enerjisinə olan tələbatın 75 faizinin daxili istehsal hesabına təmin edilməsi əsas prioritetimizdir. Təbii ki, biz bu rəqəmin artırılmasının tərəfdarıyıq. İki il əvvəl də müəyyən proqnozlar var idi, lakin o zaman məqsədimizə nail olmaq çətin olmuşdu. Səylə çalışdıqdan sonra həmin dövrdə Rusiyanın enerji daşıyıcılarından asılılığı kompensasiya etməyə nail olduq”.
Oxşar xəbərlər
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək
Von der Leyen yenidən Avropa Komissiyasının prezidentliyinə namizəd olacaq
Azərbaycanın yaşıl enerji sayəsində qənaət edəcəyi qazın həcmi açıqlanıb
Aİ Rusiyanın dondurulmuş aktivlərindən 1.5 milyard avronu Ukrayna üçün ayırıb
Dövlət Departamenti: Ukraynanı elektrik enerjisinin kəsilməsi səbəbindən çətin qış gözləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













