Böyük Britaniya və Fransa Yaxın Şərqdə münaqişənin gərginləşməsi riski ilə bağlı bəyanat yayıb
Yaxın Şərqdə münaqişənin böyüməsi riski həmişəkindən daha böyükdür, İran İsrailə hücum etməkdən çəkinməlidir.
Sizinxeber.az xəbər verir ki, bu barədə regionda səfərdə olan Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Devid Lammi və Stefan Sejournetin birgə bəyanatında deyilir.
“Yaxın Şərqdə münaqişənin kəskinləşməsi riski heç vaxt bu qədər böyük olmayıb. Biz İranı və onun müttəfiqlərini İsrailə qarşı hücum təhdidlərindən əl çəkməyə çağırdıq, həmçinin bütün tərəflərə eskalasiyanı dayandırmağın vacibliyini bildiririk”, - deyə bəyanatda deyilir.
Diplomatlar Misir, Qətər və ABŞ-ın atəşkəs yaratmaq və Qəzza zolağında girovları azad etmək səylərini dəstəklədiklərini açıqlayıblar. Onlar həmçinin anklav sakinlərinə humanitar yardımın çatdırılmasını və mülki əhalinin müdafiəsini təmin etməyə çağırıblar.
Bəyanatda həmçinin deyilir: “Biz təsdiq edirik ki, beynəlxalq hüquq çərçivəsində yalnız iki dövlətli həll israillilərə və fələstinlilərə ədalətli və həmişəlik sülh gətirə bilər. Bölgədəki bütün tərəflər səmimi olaraq müharibədən qaçmaq istəyirlərsə, konkret jestlər etməlidirlər. Biz bu məqsədlə onlarla əməkdaşlığa hazırıq”.
Oxşar xəbərlər
Fransa, Almaniya və Britaniya Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Britaniya və Fransanın XİN başçıları İsrailə səfər edəcəklər
ABŞ İranı eskalasiyadan əl çəkməyə inandırmağa çalışır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
