Zelenski F-16 qırıcılarının Ukraynaya gəlməsini təsdiqləyib  - FOTO
sizinxeber.az xəbər saytı

Zelenski F-16 qırıcılarının Ukraynaya gəlməsini təsdiqləyib - FOTO


Ukrayna prezidenti Vladimir Zelenski Kiyev vilayətindəki Vasilkov hərbi aerodromundan F-16-ların videosunu yayımlayıb.

Sizinxeber.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski F-16 qırıcılarının respublika ərazisinə gəldiyini video görüntülərlə təsdiqləyib.

Onun sözlərinə görə, ukraynalı pilotlar artıq texnikadan istifadə etməyə başlayıblar.

“F-16-lar Ukraynadadır. Biz bunu təmin etdik”, – deyə Zelenski bildirib. O həmçinin ABŞ, Danimarka və Hollandiyaya Ukraynanın döyüş təyyarələrinin verilməsi xahişini qəbul etdiklərinə görə təşəkkür edib.

İlk Ukrayna F-16 qırıcıları qısa və orta mənzilli hava-hava raketləri ilə təchiz edilib. Təyyarələr pilotsuz təyyarələrə və qanadlı raketlərə qarşı mübarizədə istifadə olunacaq.

Oxşar xəbərlər

KİV: Zelenski Ukrayna üçün son tarix təyin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenskinin Baltikyanı ölkələrə səfəri başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski və Trüdo təhlükəsizlik sazişi imzalayıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Niderland Ukraynaya 18 F-16 təyyarəsi göndərməyə hazırlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kuleba: Ukrayna Rusiya ilə danışıqlara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər