Ərdoğan Əkrəm İmamoğlunun həbsinə münasibət bildirib
"Müxalifətin daxili çəkişmələrini və ya qanunla bağlı problemlərini ölkənin ən vacib məsələsi kimi qələmə vermək cəhdi ikiüzlülüyün zirvəsidir".
APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan "müxalifət CHP-si, mediası və digər strukturları ilə istər diplomla, istərsə də korrupsiya və oğurluqla bağlı məhkəmənin irəli sürdüyü iddialara cavab verə bilmir, əvəzində məsələni siyasi şüarlarla örtüb, milləti aldatmaq kimi asan varianta əl atır" deyib.
Türkiyə prezidentinin dediyinə görə, müxalifətin ambisiyaları və istəkləri faktiki olaraq beyinlərini əsir götürüb:
“Qardaş, bu diplom alnın təri ilə, prosedura uyğun alınmış sənəddir” desələr, bunu aidiyyəti dostlarımız vasitəsilə, hüquqi arqumentlərlə müzakirə etmək olar. Necə ki, “Bələdiyyədə oğurluq, korrupsiya, qanunsuzluq, ədalətsizlik, qaranlıq, mürəkkəb münasibətlər yoxdur” deyirlərsə, bunu ekspertlərin köməyi ilə, hüquqi sübutlar əsasında danışmaq, müzakirə etmək olar. Amma onlar bunları etmirlər, edə bilməzlər, çünki hər şeyin və daha çoxunun doğru olduğunu ən yaxşı özləri bilirlər”.
Onun sözlərinə görə, bu məlumatların və sənədlərin əksəriyyətini məhkəmə orqanlarına öz partiyadaşları veriblər.
“İctimaiyyət qarşısında timsah göz yaşları tökən CHP rəhbərlərinin əksəriyyətinin partiyadaxili qarşıdurmada rəqiblərini sıradan çıxardıqları üçün bağlı qapılar arxasında sevincinin həddi-hüdudu olmadığı da göz qabağındadır. Bir daha deyirəm: CHP-nin məsələsi ölkənin, xalqın deyil, öz qərargahında olan bir ovuc iddialı adamın məsələsidir. Bizim nə partiya, nə də müttəfiq olaraq müxalifətin şoularına vaxtımız yoxdur. Partiya olaraq ölkənin əsl gündəmi ilə məşğuluq. Allaha şükürlər olsun ki, 23 illik ömrümüzün hər günü, hər anı belə keçdi, ölkəmizə saysız-hesabsız işlər, xidmətlər göstərildi".
Oxşar xəbərlər
Ərdoğan: Müxalifətin şoularına vaxtımız yoxdur, ölkənin əsl gündəmi ilə məşğuluq
Ərdoğan Yunanıstanın baş naziri Miçotakis ilə görüşüb
Ərdoğan Makronla görüşüb
Ərdoğan: Bəşər Əsəd Suriyanı qoyub qaçdı
Peskov: Putin və Ərdoğan Ukraynada atəşkəsi müzakirə etməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
