HƏMAS razılaşmanın icrasını gecikdirməkdə İsraili günahlandırıb
sizinxeber.az xəbər saytı

HƏMAS razılaşmanın icrasını gecikdirməkdə İsraili günahlandırıb


HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsində yaranan çətinliklərə görə İsraili günahlandırıb.

APA xəbər verir ki, müvafiq bəyanat təşkilatın “Telegram” kanalında dərc olunub.

“Öhdəliklərini yerinə yetirməyən İsraildir. Ona görə də sazişin həyata keçirilməsində yaranan çətinlik və gecikmələrə görə məsuliyyət onun üzərinə düşür”, - bəyanatda deyilir.

Təşkilat həmçinin qarşı tərəfin şərtləri yerinə yetirəcəyi təqdirdə razılaşmaya əməl etməyi planlaşdırdığını da əlavə edib.

Oxşar xəbərlər

HƏMAS Qəzzada atəşkəs danışıqlarına qayıtmağı gecikdirir
HƏMAS atəşkəs razılaşmasının pozulmasına görə İsraili suçlayıb
HƏMAS İsraili girovlarla hədələyib
HƏMAS girovların azad edilməsi ilə bağlı şərtlərini açıqlayıb
İsrail şərtlərə əməl etməsə, “HƏMAS” girovları azad etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər