Girovların növbəti mübadiləsi çərçivəsində HAMAS üçüncü şəxsi də İsrailə təhvil verib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Girovların növbəti mübadiləsi çərçivəsində HAMAS üçüncü şəxsi də İsrailə təhvil verib - YENİLƏNİB


Qəzzada girovların mübadiləsi çərçivəsində 65 yaşlı İsrail vətəndaşı Şmuel Kit Siqal ölkəsinin hərbçilərinə təhvil verilib.

Sizinxeber.az-nın yerli mediaya istinadən xəbərinə görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

***

12:51

484 gün HAMAS silahlıları tərəfindən saxlanılan yəhudi əsilli Şmuel Kit Siqal yaxın saatlarda qarşı tərəfə təhvil veriləcək.

Sizinxeber.az-nın “newsru.co.il” portalına istinadən xəbərinə görə, prosesin baş tutacağı Qəzza sektorundakı məntəqədə hazırlıq işləri tamamlanıb. Burada həmçinin girovun qalxması üçün xüsusi səhnə quraşdırılıb.

Əraziyə həmçinin yüzlərlə HAMAS silahlısının gəldiyi açıqlanıb.

Qeyd edək ki, bir qədər əvvəl təhvili prosesi yekunlaşan Ofer Kalderon və Yarden Bibas onları müşayiət edən İsrail həbçiləri ilə birlikdə ərazini tərk ediblər.

Oxşar xəbərlər

HAMAS üçüncü girovu İsrailə Qəzzada təhvil verəcək, xüsusi səhnə quraşdırılıb
HAMAS-ın azad etdiyi daha iki girov İsrailə təhvil verilib
HAMAS daha 3 israilli girovu azad edəcək
HAMAS bir girovu İsrailə təhvil verib
HAMAS daha 3 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər