“ANKA III” gövdə içindən sursat atışını uğurla həyata keçirib - VİDEO
Türkiyənin “ASELSAN” şirkətinin istehsal etdiyi “ANKA III” döyüş təyinatlı pilotsuz uçuş aparatı ilk dəfə gövdə içindən sursat atışı testini uğurla həyata keçirib.
Sizinxeber.az-nın “savunmasanayist.com” portalına istinadən xəbərinə görə, rəsmi açıqlamada prosesin uğurla başa çatdırıldığını əks etdirən videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
İstehsalçı şirkətin açıqlamasında bildirilib ki, yerli istehsal olunan TOLUN raketləri ilə sözügedən PUA hətta əlverişsiz hava şəraitində belə döyüş tapşırığını yerinə yetirmək qabiliyyətinə malikdir.
Qeyd olunub ki, 8 ədəd “hava-yer” tipli raket daşıya bilmək qabiliyyətinə malik olmaqla, naviqasiya sistemi, eləcə də digər xüsusiyyətləri sayəsində asanlıqla istiqamətləndirilə və 100 kilometr məsafədəki hədəfi vura bilir.
Oxşar xəbərlər
Azərbaycanda minaaxtaran çəkmələr istehsal olunub - FOTO
Azərbaycanda yeni nəsil PUA-lar istehsal edilib - FOTO
Azərbaycan 3 adda yeni pulemyot istehsal edib
Azərbaycan Prezidenti: Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
