Fələstin öz ərazisində Əl-Cəzirənin yayımını dayandırıb
Fələstin hökuməti Qətərin Əl-Cəzirə telekanalının ölkə ərazisində yayımını dayandırıb.
APA xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.
Məlumata görə, Fələstinin Daxili İşlər, Mədəniyyət və Rabitə nazirliklərinin əməkdaşlarından ibarət komitə kanalın yayımının müvəqqəti qadağan edilməsi ilə bağlı qərar qəbul edib.
Komitənin fikrincə, Əl-Cəzirə dəfələrlə təxribat xarakterli reportajlar yayımlayıb, həmçinin yalan məlumatlar yayıb və hökumətə qarşı üsyana çağırışedib
Komitə bu hərəkətləri Fələstinin daxili işlərinə müdaxilə və onun ərazisində qüvvədə olan qanunvericiliyin pozulması kimi qiymətləndirib.
Kanalın Ramallahdakı ofisinin fəaliyyəti dondurulacaq, orada çalışan müxbirlərin akkreditasiyası ləğv ediləcək.
Oxşar xəbərlər
Rusiya “Pervıy” kanalın Almaniyadakı ofisinin bağlanmasını növbəti senzura aktı adlandırıb
Əl-Cəzirə: İsrailin Qəzzaya endirdiyi zərbə nəticəsində beş fələstinli jurnalist həlak olub
İsveçrə ərazisində HAMAS-ın fəaliyyəti qadağan edilib
Peskov: Moskva Gürcüstanın daxili işlərinə qarışmır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
