Müxalifət lideri: Suriya İslam dövlətinə çevrilməyəcək
Suriya İslam dövlətinə çevrilməyəcək.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Suriyanın müxalifət liderlərindən olan Məhəmməd Alluş TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, İslam ümməti layihəsi (İslam dini yönümlü dövlət – red.) Suriya xalqına uyğun deyil və onun üçün zərərlidir: “Suriya xalqı İslama əsaslanan dövlətin qurulması layihəsini qəbul etməyəcək”.
Alluş qeyd edib ki, Suriya bütün ölkələrlə mövcud fikir ayrılıqlarını aradan qaldırmağa və müdaxilə etməmək prinsipləri əsasında münasibətlər qurmağa çalışır: "Suriya üçün əsas vəzifə dövlət quruculuğu və qaçqınların geri qaytarılmasıdır".
Suriyalı siyasətçi ölkədəki Rusiya hərbi bazalarının gələcək taleyindən də danışıb. O bildirib ki, Suriyanın yeni hakimiyyət orqanları Rusiyanın Ərəb Respublikasındakı hərbi bazalarının taleyini nəzərdən keçirəcək: “Hərbi bazalara gəlincə, bu, Suriya dövlətinin suveren qərarıdır və bu məsələ mütləq Suriya xalqının, eləcə də Rusiyanın maraqları baxımından nəzərdən keçiriləcək”.
Alluş Amerikanın Suriyada gələcək hərbi mövcudluğu ilə bağlı qərarı da xalqın verəcəyini vurğulayıb: “Ümid edirik ki, Suriya xarici hərbi bazaları olmadan lokal və qlobal sülh ölkəsinə çevriləcək”.
Qeyd edək ki, Rusiyanın Suriyada iki hərbi bazası mövcuddur. Bunlar Latakiyadakı (Tartus) hərbi dəniz donanması və Xmeymimdəki hərbi aviasiya bazalarıdır.
Oxşar xəbərlər
İran və Suriya müdafiə nazirləri görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüşəcəyinə ümid edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya müxalifət qüvvələri Homs şəhərinə doğru irəliləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pezeşkian: Suriya xalqı öz taleyini kənar müdaxilə olmadan həll etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: Bu Suriya xalqına daha yaxşı gələcək qurmaq üçün tarixi bir fürsətdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












