Çin Bankının sabiq rəhbəri edam cəzasına məhkum edilib
sizinxeber.az xəbər saytı

Çin Bankının sabiq rəhbəri edam cəzasına məhkum edilib


“Bank of China”nın Direktorlar Şurasının sabiq sədri və keçmiş partiya katibi Lyu Lyanqe rüşvətxorluğa görə edam cəzasına məhkum edilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Çin dövlət mediası məlumat yayıb.

Bununla bağlı Şandonq əyalət məhkəməsi qərar qəbul edib.

Lyanqe günahını etiraf etdiyi, eyni zamanda, mənimsədiyi pul və əmlakın böyük hissəsini qaytardığı üçün hökmün icrası iki il müddətinə təxirə salınıb, bu müddət ərzində o, yeni cinayətlər törətməyəcəyi təqdirdə, edam cəzası ömürlük həbs cəzası ilə əvəz ediləcək. Məhkəmə keçmiş bank sədrinin siyasi hüquqlarından ömürlük məhrum edilməsinə və qanunsuz olaraq əldə etdiyi bütün aktivlərinin müsadirə edilməsinə qərar verib.

Ümumilikdə Lyanqe 17 milyon dollardan çox rüşvət alıb və 3,32 milyard yuandan çox krediti qanunsuz olaraq təsdiqləyib ki, bu da 190 milyon yuandan çox itki ilə nəticələnib.

Oxşar xəbərlər

Almaniya İrandakı səfirini geri çağırıb
İranda İsrailə casusluqda ittiham olunanlar edam cəzasına məhkum edilib
Konqoda 2-si ABŞ vətəndaşı olmaqla 37 nəfər edam cəzasına məhkum edilib
Lukaşenko edam cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Krigeri əfv edib
Kürdəmirin sabiq icra başçısı ilə birgə həbs edilən baş həkim azadlığa buraxılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle