Türkiyədə çətənə yetişdirilməsində kvotalar müəyyən edilib
Dərman preparatlarının istehsalı üçün çətənə becərilməsi çərçivəsində Türkiyə daxilində 5 kvadrat kilometrlik əkin sahəsində illik 120 min kök bitkinin əkilməsi nəzərdə tutulur.
Sizinxeber.az xəbər verir ki, çətənə əkimi üçün müəyyən olunan kvotanın paylanması səlahiyyəti Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinə veriləcək.
Aktiv əczaçılıq inqrediyentlərinin istehsalı üçün çətənə yetişdirmək istəyən fiziki və hüquqi şəxslər oktyabrın 1-dən oktyabrın 31-dək nazirliyə müraciət etməlidirlər.
Narkotik xüsusiyyətlərinə görə 1990-cı illərdən bəri dünyada becərilməsi sahəsi azalan çətənə daha çox sənayedə istifadə olunmağa başlayıb.
Dünyada çətənə əkin sahələri 1990-cı ildəki 63 min hektardan 2017-ci ildə 26 min hektara qədər azalıb.
Oxşar xəbərlər
Ağdam sakini narkotik bitkinin kultivasiyasına görə saxlanılıb
Balakəndə 3 narkotik plantasiyası aşkar edilib, 5 nəfər saxlanılıb
DYP kənd təsərrüfatında tələblərə cavab verməyən texnikalarla bağlı müraciət edib
İsmayıllıda 8 ton çətənə kolu məhv edilib
Bu il dəyəri 115 milyon AZN olan narkotik qanunsuz dövriyyədən çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













