İsrail ordusu 7 oktyabr hücumunda birbaşa iştirak edən 3 yüksək səviyyəli HAMAS rəsmisinin öldürüldüyünü açıqlayıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İsrail ordusu 7 oktyabr hücumunda birbaşa iştirak edən 3 yüksək səviyyəli HAMAS rəsmisinin öldürüldüyünü açıqlayıb - YENİLƏNİB


İsrail Müdafiə Qüvvələri (IDF) 7 oktyabr hücumunda birbaşa iştirak edən 3 yüksək səviyyəli HAMAS rəsmisinin öldürüldüyünü açıqlayıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd edilib ki, HAMAS hava qüvvələrinin Qəzzadakı rəhbəri Samer Ismail Khadr Abu Daqqa, HAMAS-ın Hərbi kəşfiyyat bölməsində Müşahidə və Hədəflər departamentinin rəhbəri Osama Tabesh və HAMAS-ın digər yüksək rütbəli zabiti Ayman Mabhouh zərərsizləşdirilib.

***

03:32

İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində humanitar zonanın ortasında yerləşən qərargahda olan HAMAS hərəkatının bir qrup yüksək vəzifəli fəalına zərbələr endirib.

APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Zərbədən əvvəl dəqiq döyüş sursatı və hava müşahidəsi də daxil olmaqla, mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün addımlar atılıb”, - məlumatda bildirilir.

Oxşar xəbərlər

İsrail Xan Yunisdə HƏMAS komandirlərindən ibarət qrupa zərbə endirdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin 9 əməkdaşı HAMAS-ın İsrailə hücumunda iştirakına görə işdən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Qəzzada 10-dan çox HAMAS üzvünü məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HAMAS-ın yüksək rütbəli üzvünü məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
HAMAS-ın hərbi qanadının rəhbəri öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər