Haniyənin oğlu: Raket mobil telefon siqnalı ilə idarə olunub
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin oğlu Əbdüssalam Həniyə, atasının öldürülməsində istifadə edilən idarə olunan raketin mobil telefon siqnallarının izlənilməsi ilə idarə olunduğunu bildirib.
Sizinxeber.az xəbər verir ki, oğul Haniyə bunu “əl-Ərəbiyyə”də dərc olunan xəbərdə sui-qəsdlə bağlı açıqlaması zamanı deyib.
Haniyə atasının ölümünə heç bir bomba qurğusunun səbəb olduğunu düşünmədiyini deyərək sözlərinə belə davam edib: “Mühafizəçilər və digər məsləhətçilər atamın otağından cəmi bir neçə metr aralıda oturmuşdular. Ona görə də bir partlayış olarsa bütün binanın partlayacağı aydın idi. Məncə otaqda bomba olması ilə bağlı şayiələr tamamilə əsassızdır”.
O daha sonra sözlərinə belə davam edib:
“İdarə olunan raket hadisədən bir gün əvvəl atamın otağında və başının yanında tapılan mobil telefonunu izləməklə idarə olunub. Atam mobil telefonundan istifadə edərək rəsmi mərasimdə iştirak etdiyi üçün bu əməliyyat çox da mürəkkəb deyildi”.
Oxşar xəbərlər
İranda Haniyə üçün cənazə mərasimi keçirilir, Dohada dəfn ediləcək
Mahmud Abbas Haniyənin öldürülməsindən sonra danışıqların çətin olduğunu deyib
“Hizbullah” İsrail ərazisini raket atəşinə tutub
Pezeşkian Haniyənin qətli ilə bağlı paylaşım edib
"Hizbullah" lideri İsraili hədələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













