KİV: İranda xam neft üçün saxlama yerləri sürətlə tükənir
sizinxeber.az xəbər saytı

KİV: İranda xam neft üçün saxlama yerləri sürətlə tükənir


İranda xam neftin saxlanması üçün mövcud imkanlar sürətlə tükənir.

“Bloomberg” yazır ki, buna səbəb ABŞ-ın tətbiq etdiyi blokada nəticəsində neft ixracının faktiki olaraq dayanmasıdır.

Agentlik qeyd edir ki, İran nefti daşıyan tanker gəmiləri Fars körfəzindən kənarda yerləşən Çabahar limanı yaxınlığında toplanıb.

Peyk məlumatlarına görə, bölgədə 6-8 supertanker və bir neçə kiçik gəmi mövcuddur.

Neft gəmilərə yüklənməkdə davam etsə də, onun ixracı demək olar ki, mümkün deyil. Hörmüz boğazı faktiki olaraq bloklanıb və hərəkət minimuma enib.

ABŞ tankerlərin keçidinə mane olur, onları Hind okeanında saxlayır və İran neftini alan iri Çin zavodlarına qarşı sanksiyalar tətbiq edib.

“Vortexa” şirkətinin məlumatına görə, hazırda təxminən 155 milyon barel İran nefti ya yoldadır, ya da dünya üzrə tankerlərdə saxlanılır. Boş saxlama tutumları isə demək olar ki, qalmayıb.

Ekspertlər bildirir ki, əgər blokada davam edərsə, İran hasilatı azaltmağa məcbur qala bilər. Bu səbəbdən Tehran köhnə tankerləri yenidən istismara qaytarmağa çalışır.

Oxşar xəbərlər

Zelenski: İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir
ABŞ Prezidenti: İran blokada səbəbindən gündə 500 milyon dollar itirir
ABŞ Çin şirkəti və 30 tankerə qarşı sanksiyalar tətbiq edib
İraq bayrağı altında üzən supertanker Hörmüz boğazındakı ABŞ blokadasını keçə bilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər