Ərdoğan: Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək
Türkiyə regionda baş verə biləcək istənilən ssenariyə qarşı tədbirlər görür.
Sizinxeber.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Türkiyə Prezidenti Suriyadakı proseslərə diqqət yönəldərək qeyd edib ki, qonşu ölkənin ərazi bütövlüyü məsələsi Ankaranın regional siyasətində əsas yer tutur.
“Biz Suriyanın parçalanmasını nəzərdə tutan planları dəstəkləməmişik, dəstəkləməyəcəyik. Suriyalı qardaşlarımızla birlikdə hadisələrin belə inkişafına imkan verməyəcəyik”, – deyə dövlət başçısı bildirib və vurğulayıb ki, “sabit Suriya qonşu ölkələr üçün də sabitlik mənbəyi olacaq”.
Ərdoğan Suriya xalqı və hökuməti ilə həmrəy olduğunu bəyan edib. Türkiyə prezidenti bu gün Suriyanın keçid dövrünün lideri Əhməd Əl Şaraa ilə telefon danışığı apardığını da bildirib.
Oxşar xəbərlər
Ərdoğan: İsrail işğal etdiyi ərazilərdən geri çəkilmək məcburiyyətində qalacaq
Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüşəcəyinə ümid edir
Ərdoğan Suriya XİN başçısını qəbul edib
Türkiyə Prezidenti Ursula fon der Leyen ilə Suriyadakı vəziyyəti müzakirə edib
Ərdoğan Ursula fon der Leyen ilə Suriyadakı vəziyyəti müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
