Suriya MN: Suveydada tam atəşkəs elan olunub
sizinxeber.az xəbər saytı

Suriya MN: Suveydada tam atəşkəs elan olunub


Suveydada tam atəşkəs elan olunub.

APA xəbər verir ki, bunu Suriya müdafiə naziri Murhaf Əbu Qusra bildirib.

Nazir sözügedən qərarın şəhərin ağsaqqalları ilə razılaşdıqdan sonra verildiyini qeyd edib: “Şəhər ağsaqqalları ilə razılaşdıqdan sonra Suveydada tam atəşkəs elan edilir”.

Onun sözlərinə görə, qüvvələr yalnız hücumlara və ya qeyri-qanuni silahlı qruplara cavab olaraq hərəkətə keçəcək: “Biz Suveydada ictimai təhlükəsizliyi təmin etmək məqsədilə qüvvələrə sərt davranış qaydaları əmri vermişik. Hərbi polis isə nizam-intizamın qorunması üçün şəhərin daxilinə yerləşdiriləcək”.

Nazir əlavə edib ki, təmizləmə əməliyyatları başa çatdıqdan sonra təhlükəsizlik qüvvələri Suveyda məhəllələrinə nəzarət etməyə başlayacaq.

Oxşar xəbərlər

Dəməşqin dürzilərin məskunlaşdığı bölgələrində atəşkəs elan edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putinin elan etdiyi atəşkəs müddəti başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ ABŞ-ın Ukraynaya silah tədarükünü alqışlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya MN Əsəd tərəfdarlarına qarşı əməliyyatların başa çatdığını elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə XİN: Suriyada azlıqlara zülm olarsa, Ankara lazımi addımlar atacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər