Dominikanda gecə klubunun tavanının çökməsi nəticəsində ölənlərin sayı 113-ə çatıb - YENİLƏNİB-3
sizinxeber.az xəbər saytı

Dominikanda gecə klubunun tavanının çökməsi nəticəsində ölənlərin sayı 113-ə çatıb - YENİLƏNİB-3


Dominikan Respublikasının paytaxtında "Jet Set" gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 113-ə çatıb.

APA xəbər verir ki, bununla bağlı ölkənin Fövqəladə Əməliyyatlar Mərkəzinin (COE) direktoru məlumat yayıb.

Məlumata görə dağıntılar altından çıxarılaraq xəstəxanaya yerləşdirilənlərin sayı isə 255 nəfəri ötüb

***

09:54

Dominikan Respublikasının paytaxtında "Jet Set" gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 98-ə çatıb.

APA xarici mediaya istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilənlərin sayı isə 150 nəfəri ötüb.

Santo Dominqo Fövqəladə Hallar Xidməti hazırda axtarışlar aparıldığı ilə bağlı məlumat yayıb.

Ölkə prezidenti Luis Abinader üç günlük milli matəm elan edib.

***

05:48

Dominikan Respublikasının paytaxtında Jet Set gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb.

APA xəbər verir ki, bu barədə yerli "Diario libre" qəzeti Santo-Dominqo Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesin sözlərinə istinadən məlumat yayıb.


***
05:14

Dominikan Respublikasında gecə klubunun tavanının çökməsi nəticəsində ölənlərin sayı 58-ə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Mərkəzinin direktoru Xuan Manuel Mendes "El Demócrata Multimedios" nəşrinə məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 155 nəfər xəstəxanaya yerləşdirilib.


***
22:53

Dominikan Respublikasında yerləşən “Jet Set” gecə klubunun uçması nəticəsində həyatını itirənlərin sayı 44-ə yüksəlib.

APA xəbər verir ki, bu barədə "Listin Diario" nəşri məlumat yayıb.

Hadisə nəticəsində 146 nəfər xəstəxanalara yerləşdirilib.

Qeyd olunur ki, dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur. Axtarış-xilasetmə işləri davam etdirilir.

Oxşar xəbərlər

Dominikanda gecə klubunun tavanının çökməsi nəticəsində ölənlərin sayı 98-ə çatıb - YENİLƏNİB-2
Dominikanda gecə klubunun tavanının çökməsi nəticəsində ölənlərin sayı 79-a çatıb - YENİLƏNİB-1
Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 124-ə çatıb - YENİLƏNİB
Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb
Dominikanda gecə klubununм tavanının çökməsi nəticəsində ölənlərin sayı 58-ə çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər