Tramp: Kanada vergiləri azaltmaq üçün ABŞ-ın 51-ci ştatı olmalıdır
Kanada vergiləri azaltmaq və gömrük rüsumlarından azad olmaq üçün ABŞ-a 51-ci ştat kimi qoşulmalıdır.
APA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.
“Kanadaya subsidiya vermək üçün yüz milyardlarla dollar ödəyirik. Nə üçün? Heç bir səbəb yoxdur. Onların heç nəyinə ehtiyacımız yoxdur”, o yazıb.
"Böyük subsidiyalar olmadan Kanada həyat qabiliyyətli ölkə kimi mövcud olmağı dayandıracaq. Acıdır, amma həqiqətdir! Beləliklə, Kanada bizim arzu etdiyimiz 51-ci ştata çevrilməlidir. Bu, Kanada xalqı üçün daha aşağı vergilər və daha yaxşı hərbi müdafiə deməkdir. Heç bir tarif tətbiqi də olmayacaq” - Tramp fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, şənbə günü Tramp Kanadadan gələn enerji məhsullarına 10%, digər mallara isə 25% tariflər tətbiq edən sərəncam imzalayıb. Bu tədbirlər fevralın 4-dən qüvvəyə minəcək.
Oxşar xəbərlər
Tramp: Kanada ABŞ-nin 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60%-dən çox azalacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Kanada tamamilə ABŞ-dən asılıdır və suveren dövlət ola bilməz [xfgiven_updateblue][/xfgiven_updateblue]
Trüdo Trampa qarşı çıxıb: Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Trüdo: Tramp Kanada mallarına 25% rüsum tətbiq edərsə, Ottava müvafiq cavab verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp növbəti dəfə Kanadanın ABŞ-a qoşulmasından danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













