Vaşinqton Kiyevi lazımi enerji avadanlıqları ilə təmin edir
sizinxeber.az xəbər saytı

Vaşinqton Kiyevi lazımi enerji avadanlıqları ilə təmin edir


Vaşinqton enerji infrastrukturunu təmir etmək və onun dayanıqlılığını artırmaq üçün Kiyevi lazımi avadanlıqla təmin edir.

APA xəbər verir ki, bu barədə avqustun 26-da ABŞ prezidenti Co Bayden məlumat verib.

“Birləşmiş Ştatlar, həmçinin Ukraynanın enerji sistemlərini təmir etmək və Ukrayna enerji şəbəkəsinin dayanıqlılığını artırmaq üçün aktiv şəkildə bu ölkəni avadanlıqla təmin edir”, - deyə Bayden bildirib.

O, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada kritik əhəmiyyətli enerji infrastrukturu obyektlərinə endirdiyi kütləvi zərbələri də pisləyib.

“ABŞ Ukraynaya dəstək verən 50-dən çox ölkədən ibarət koalisiyaya rəhbərlik etməyə davam edəcək. Bu koalisiya Ukraynanı mühüm hərbi texnika, o cümlədən hava hücumundan müdafiə raketləri və müxtəlif növ raketlərlə təmin edir”, - deyə o bildirib.

Oxşar xəbərlər

Rusiya MN Ukraynaya kütləvi zərbə endirilməsi barədə məlumat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət başçısı: Yaşıl enerji ilə bağlı bir çox məqamlar insanları və qərar qəbul edənləri düşünməyə vadar edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Stoltenberq: “NATO Ukraynanı daha çox “Patriot”la təmin etmək imkanlarını nəzərdən keçirəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: "Ukraynadakı münaqişə NATO-nu təhdid edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər