ABŞ İraqın neft nazirinin müavininə qarşı sanksiyalar tətbiq edib
sizinxeber.az xəbər saytı

ABŞ İraqın neft nazirinin müavininə qarşı sanksiyalar tətbiq edib


ABŞ İraqın neft nazirinin müavini Əli əl-Bahadliyə, bir neçə enerji şirkətinə və İraqda fəaliyyət göstərən iki silahlı qruplaşmaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott məlumat verib.

Onun sözlərinə görə, ABŞ-ın qara siyahısında olanların hamısı İraqın suverenliyini sarsıdır, onun təbii sərvətlərini talan edir, İran hökumətini maliyyələşdirir və ABŞ vətəndaşlarına qarşı zorakılığa təhrik edir.

Əli əl-Bahadli İran neftinin İraq nefti ilə qarışdırılması və bu xam neftin Tehranın xeyrinə satılmasına kömək etməkdə ittiham olunur.

Sanksiyaların tətbiq edildiyi qruplaşmalar isə "Kətaib Seyyid əl-Şuhəda" və "Əsaib Əhli əl-Haqq" qruplaşmalarıdır ki, bu qruplaşmalar da terroru maliyyələşdirmək üçün İraq iqtisadiyyatından istifadə etməkdə ittiham olunurlar.

Oxşar xəbərlər

ABŞ İraqın neft nazirinin müavininə sanksiyalar tətbiq edib
ABŞ Çin şirkəti və 30 tankerə qarşı sanksiyalar tətbiq edib
ABŞ İranı daha sərt sanksiyalarla hədələyib
İraq İslam Müqaviməti ABŞ bazalarına hücumları dayandırıb
İraq və Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər