KİV: Tramp Kiyevə NATO xaricində təhlükəsizlik zəmanəti verməyə hazırdır
ABŞ prezidenti Donald Tramp avqustun 13-də Avropa liderləri ilə söhbəti zamanı NATO-nun səyləri çərçivəsində həyata keçirilməyəcəyi təqdirdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini verməyə hazır olduğunu bildirib.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp Rusiya ilə atəşkəs razılaşması əldə olunacağı, lakin müəyyən şərtlərə riayət olunacağı təqdirdə ABŞ-ın Ukraynanın çəkindirici vasitələrlə təmin olunmasında müəyyən rol oynamağa hazır olduğunu bildirib.
Mənbələrdən biri xəbər verib ki, Tramp təhlükəsizlik zəmanətləri dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyərək yalnız daha geniş konsepsiyanı müzakirə edib.
Oxşar xəbərlər
Tramp: Zelenski danışıqlara hazırdır
Makron: Tramp NATO-nun Ukraynanın təhlükəsizlik zəmanətlərinə daxil edilməsinə qarşıdır
Zelenski: Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərini dəstəkləyir
Tramp: Ukrayna NATO-nu unutmalıdır
Fransa Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













