Bayden: “ABŞ iqtisadiyyatına həsəd aparırlar”
sizinxeber.az xəbər saytı

Bayden: “ABŞ iqtisadiyyatına həsəd aparırlar”


Son sorğu amerikalıların 65%-nin iqtisadiyyatdan narazı olduğunu göstərsə də, bütün dünya bu ölkənin iqtisadiyyatına həsəd aparır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Cozef Bayden deyib.

“Mən uçurumun kənarında olan bir iqtisadiyyatı miras aldım. İqtisadiyyat indi dünyanın həsəd predmetidir. Cəmi üç il ərzində 15 milyon yeni iş yeri açmaq rekord göstəricidir. İşsizlik son 50 ildə ən aşağı səviyyədədir”, - Amerika lideri cümə axşamı ABŞ Konqresinin Nümayəndələr Palatasında və Senatda illik çıxışı zamanı deyib.

“Maaşlar artmaqda, inflyasiya isə azalmaqda davam edir. İnflyasiya 9%-dən 3%-ə düşüb - bu, dünyada ən aşağı göstəricidir. İndi biz xarici malları idxal etmək etmək əvəzinə, Amerika məhsullarını ixrac edirik və burada Amerikada, insanlarımızın aid olduqları yerdə yeni iş yerləri yaradırıq. Amerikalılar da bunu hiss etməyə başlayıblar”, - prezident deyib.

Oxşar xəbərlər

Sorğu: Bayden əqli qabiliyyətini itirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Medvedyev: “Bayden özünü nahaq Ruzveltlə müqayisə edir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Argentinada illik inflyasiya 90-cı illərdən bəri ilk dəfə 211 faizi ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Amerikalıların çoxu Konqres və Bayden administrasiyasından narazıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden 2023-cü ildə ABŞ-ın əsas nailiyyətləri sırasında Ukraynanın müdafiəsini göstərib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər