“Batka” Paşinyanı Putinin ona verdiyi “şirin dillə” hədələdi
sizinxeber.az xəbər saytı

“Batka” Paşinyanı Putinin ona verdiyi “şirin dillə” hədələdi


Paşinyan Avrasiya İqtisadi İttifaqının Sankt-Peterburq sammitində çıxışı zamanı “Aİİ-ni geosiyasi olmayan iqtisadi birlik” adlandırıb və qeyd edib ki, “Avrasiyaya inteqrasiyanın siyasiləşdirilməsinə qarşıdırlar”.

Yenisabah.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib. Asif Nərimanlı bildirib ki, Paşinyanın bu sözləri Qərbə ünvanlanmış kimi görünür:

"Bununla Rusiyaya qarşı mövqeyindən imtina etmədiyini, sammitə iqtisadi əməkdaşlığa görə getdiyini və Avrasiyaya inteqrasiyanın siyasi yox, iqtisadi məqsəd daşıdığını deyir;

Sammitdə əsas diqqətçəkən məqam isə Putinin Paşinyana demək istədiyi sözləri ənənəvi olaraq, Lukaşenkonun dili ilə çatdırması idi. Belarus prezidenti Ermənistana Fransaya bel bağlamamağı tövsiyə etdi, Əfqanıstanı nümunə çəkdi və üz döndərəcəyi təqdirdə iqtisadi baxımdan “öləcəyi” mesajını verdi. Belə demək mümkünsə, “Batka” Paşinyanı Putinin ona verdiyi “şirin dillə” hədələdi".

Oxşar xəbərlər

Rusiya kanalları Paşinyanı küçə söyüşləri ilə təhqir edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nikol Piterə getdi: Əliyevlə görüş olacaqmı? [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvan Putinin ölkəyə girişinə qadağa qoydu - Zatulin [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron Putinin gələn il Fransaya dəvət oluna biləcəyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvanın şişirdilmiş statistikası: Qarabağdan nə qədər erməni köçüb? [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər