İsrail Livanın cənubunda "Hizbullah"ın 80-dən çox hərbi obyektini vurub
İsrail Müdafiə Qüvvələri (SAXAL - IDF) quru qoşunlarının iştirakı ilə Livanın cənub bölgəsində "Hizbullah"a məxsus 80-dən çox hərbi təyinatlı hədəfi darmadağın edib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Aktiv müdafiə tədbirləri çərçivəsində 146-cı diviziyanın 300-cü briqadasının hərbi qulluqçuları Cənubi Livanda "Hizbullah" qruplaşmasının terror infrastrukturunu sıradan çıxarmaq məqsədilə nöqtəvi atışları icra edirlər. Ötən bir həftədə hərbçilərimiz "Hizbullah"a aid 80-dən artıq infrastruktur obyektini yox edib. Həmçinin, həmin məntəqələrin birindən bayıra çıxmağa cəhd edən iki yaraqlı məhv olunub", - deyə məlumatda qeyd olunur.
Oxşar xəbərlər
İsrail Livanda quru əməliyyatının ikinci mərhələsinə başlayıb
İsrail ordusu Livanda “Hizbullah”ın 25 obyektinə zərbə endirib
İsrail qırıcıları Livanda "Hizbullah"ın 100-ə yaxın hədəfini vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
